Sərbəst güləşçilərimiz beynəlxalq turnirdə 2 gümüş medal qazandı

20:17 - 2 Oktyabr 2024

Sərbəst güləşçilərimiz beynəlxalq turnirdə 2 gümüş medal qazandı

Azərbaycanın sərbəst güləşçiləri Rusiyanın Vladiqafqaz şəhərində keçirilən beynəlxalq turnirdə 2 gümüş medal qazanıb.

 

Manset.az xəbər verir ki, “Xadartsov qardaşları kuboku” yarışında İslam Bazarqanov (57 kq) və Ağanəzər Novruzov (74 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıblar.

Turnirdə məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında milli komandanın bir neçə üzvü iştirak edib.

Qeyd edək ki, Azərbaycan təmsilçilərindən I dərəcəli hakim Elman İsmayılov ədaləti qoruyub.


Xəbər xətti

3 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin