Rusiya ordusu bu ərazidən geri çəkildi - SƏBƏB?
27 Noyabr 2024
20:06 - 2 Oktyabr 2024
Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Meksikanın yeni seçilmiş Prezidenti Klaudiya Şeynbaum Pardonun andiçmə mərasimində iştirak məqsədilə bu ölkəyə səfər edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Manset.az-a bildiriblər ki, paytaxt Mexiko şəhərinin parlament binasında keçirilmiş mərasimin ardınca tədbirdə iştirak edən xüsusi qonaqlarla Prezident Klaudiya Şeynbaum arasında keçirilən görüş zamanı nazir müavini E.Məmmədov iki ölkə arasında müxtəlif sahələrdə yüksələn xətlə inkişaf edən dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişafına inandığını deyib.
Həmçinin bu ilin noyabr ayında Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına dəvəti ölkə rəhbərliyi adından xüsusi olaraq çatdırıb.
Prezident K.Şeynbaum Azərbaycan hökumətinin bu mərasimdə təmsil olunduğuna görə nazir müavininə təşəkkür edib, həmçinin Meksika ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib.
Mərasimdə iştirak edən Meksikanın yeni xarici əlaqələr naziri Xuan Ramon de la Fuente ilə nazir müavini arasında söhbət zamanı iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığının perspektivlərinə toxunulub.
Səfər çərçivəsində E.Məmmədov, həmçinin Meksika Senatının hazırkı sədri Xerardo Fernandes Noronya, daha sonra isə Meksika Deputatlar Palatasının sədri vəzifəsini icra edən Serxio Karlos Qutyerres Luna ilə görüşüb.
Nazir müavini keçmiş münaqişə dövründə Meksika hökumətinin və parlamentinin nümayiş etdirdiyi ədalətli mövqeyə və həmrəyliyə, həmçinin Meksika Konqresinin hər iki palatası tərəfindən Xocalı soyqırımının tanınmasına görə təşəkkürünü bildirib, postmünaqişə dövründə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi barədə məlumat verib.
Səfər çərçivəsində E.Məmmədov, həmçinin Panamanın xarici işlər naziri Xavyer Martines-Aça Vaskez ilə görüşüb. Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub, iqtisadi, nəqliyyat, alternativ enerji, humanitar və digər sahələr üzrə əməkdaşlığın inkişafı üçün imkanların mövcudluğundan bəhs edilib, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın bundan sonra da inkişafının əhəmiyyəti vurğulanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin