"Qalatasaray" Latviyaya yollandı

17:54 - 2 Oktyabr 2024

"Qalatasaray" UEFA Avropa Liqasının ikinci həftəsində "RFS" ilə səfər matçı üçün Latviyaya yollanıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

UEFA Avropa Liqasının ikinci həftəsində “Qalatasaray” sabah Bakı vaxtı ilə saat 20:45-də “Dauqava” stadionunda Latviyanın "RFS" komandası ilə qarşılaşacaq. Bu mübarizənin hazırlıqlarını tamamlayan "sarı-qırmızılılar" İstanbul Hava Limanı Baş Aviasiya Terminalından şəxsi təyyarə ilə Latviyanın paytaxtı Riqaya yollanıb.

Qeyd edək ki, "Qalatasaray"ın düşərgə heyəti açıqlanarkən, zədəli nigeriyalı futbolçu Viktor Osimhen iştirak etməyib. Bu gün komanda ilə məşqə çıxan mərakeşli futbolçu Hakim Ziyeç də komandada deyil.

 

 


Xəbər xətti

2 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin