Trampın heykəli yoxa çıxdı

17:06 - 2 Oktyabr 2024

Trampın heykəli yoxa çıxdı

Las-Veqasda magistral yolun kənarında ucaldılan Donald Trampın 13 metr hündürlüyündə çılpaq heykəli yoxa çıxıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bildirilib ki, sentyabrın 28-də Las-Veqasın məşhur meydanlarının birində nümayiş etdirilən heykəl dəmir-beton üzərində köpükdən hazırlanıb, uzunluğu 13 metr, çəkisi isə 2 ton olub.

"Əyri və ədəbsiz" adlanan heykəlin ölkəni gəzəcək tur layihəsinin bir hissəsi olduğu deyilirdi. Lakin heykəlin qoyulduğu yerdə olmadığı öyrənilib.

Onun qastrol səfərinə və ya başqa səbəblərə görə uzaqlaşdırıldığı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

 


Xəbər xətti

2 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin