Rusiya ordusu bu ərazidən geri çəkildi - SƏBƏB?
27 Noyabr 2024
16:55 - 2 Oktyabr 2024
Dövlət orqanlarının struktur qurumlarında onlara həvalə edilmiş funksiyalar nəzərə alınmaqla təminedici və yardımçı struktur bölmələrin siyahısı təsdiqlənib.
Manset.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, təminedici struktur bölmələrə dövlət orqanı rəhbərinin qərarı ilə yaradılan və normativ hüquqi aktlara əsasən həmin dövlət orqanına həvalə edilmiş səlahiyyətləri bilavasitə həyata keçirən şöbə və sektorlar, həmçinin hüquq, dövlət qulluğu və insan resurslarının idarə edilməsi, maliyyə və mühasibat uçotu, iqtisadiyyat, strateji inkişaf (planlaşdırma), beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr (mətbuatla iş), sənədlərlə və vətəndaş müraciətləri ilə iş, informasiya texnologiyaları, məxfi (xüsusi) şöbə və sektorlar;
Yardımçı struktur bölmələrə dövlət orqanı rəhbərinin qərarı ilə yaradılan və normativ hüquqi aktlara əsasən həmin dövlət orqanına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi ilə bağlı təminatı həyata keçirən şöbə və sektorlar (işlər idarəsi, təsərrüfat, təminat və digər) daxildir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin