Prezident tanınmış generalı rütbəsindən məhrum etdi - SƏRƏNCAM

16:36 - 2 Oktyabr 2024

Prezident tanınmış generalı rütbəsindən məhrum etdi - SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum edilib.

 

Manset.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi Tofiq Həsənova məhkəmənin hökmü ilə bu ilin aprel ayında 10 il həbs cəzası verilib.

O, Naxçıvan Ağır Cinayətlər Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin mənimsəmə və rüşvət alma maddəsi üzrə təqsirli bilinib. Həmin vaxt T.Həsənovun general rütbəsindən məhrum edilməsi üçün təqdimat verilib.

Onu da qeyd edək ki, Tofiq Həsənov ötən il Dövlət Təhlükəsizliyi Xidmətində (DXT) istintaqı aparılan cinayət işi üzrə saxlanılıb.



Xəbər xətti

2 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin