Bərdədə ildırım evi bu hala saldı - FOTOLAR

16:25 - 2 Oktyabr 2024

Bərdədə ildırım evi bu hala saldı - FOTOLAR

Bərdədə yaşayış evinə ildırım düşüb.

 

Manset.az APA-ya istinadən xəbər veir ki, hadisə rayonun Darğalar kəndində qeydə alınıb. İldırım Tacəddin Vəliyevə məxsus beş otaqlı evə ciddi ziyan vurub.

Ev sahibi bildirib ki, səhər güclü partlayış səsinə oyanıblar. İldırım nəticəsində evin mətbəxi dağılıb, evdəki bütün elektron cihazlar sıradan çıxıb.
Müvafiq qurumlar tərəfindən evə baxış keçirilib, dəymiş ziyan qeydə alınıb.

Yerli sakinlər ildırım düşməsi nəticəsində kənddə bir sıra evlərdə elektron cihazlara ziyan dəydiyini bildiriblər.



Xəbər xətti

2 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin