Türkiyədə koronavirusdan daha 200 nəfər vəfat etdi

23:52 - 7 Noyabr 2021

Türkiyədə koronavirusdan daha 200 nəfər vəfat etdi

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 200 nəfər dünyasını dəyişib.

Manset.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 347 783 nəfər test edilib, onların 25 304-nün koronavirus testi pozitiv nəticə verib, 38 852 nəfər sağalıb.

Statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil olmaqla 117 378 532 peyvənd tətbiq edilib ki, bunun 89,62 faizi birinci, 79,25 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin