Ariz Tarverdiyevə yüksək vəzifə verildi - FOTO

12:02 - 2 Oktyabr 2024

Ariz Tarverdiyevə yüksək vəzifə verildi - FOTO

Tanınmış xəbər aparıcısı və telejurnalist Ariz Tarverdiyev “AzerGold” QSC-nin İctimaiyyətlə əlaqələr və marketinq departamentinə yeni rəhbər təyin olunub.

 

Manset.az Report.az-a istinadən xəbər verir ki, bu barədə dövlət şirkətinin İdarə Heyətinin sədri Zakir İbrahimov Əmr imzalayıb.

A.Tarverdiyev 2019-cu ildən “AzerGold”da Mətbuat katibi, Mətbuatla iş sektorunun müdiri, şöbə müdirinin müavini vəzifələrində çalışıb.

Sözügedən departament QSC-nin ictimaiyyət və mətbuatla əlaqələr, yerli pərakəndə qiymətli metallar bazarında qızıl və gümüş sikkə, eyni zamanda külçələrin satışı və mübadiləsini, sosial layihələrin icrasını həyata keçirir.

A. Tarverdiyev Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində bakalavr və magistratura pillələri üzrə ali təhsil alıb. "TRT Haber" və “Reuters” media şirkətində təcrübə keçib, 2011-ci ildən “ATV international” televiziya kanalında tərcüməçi və müxbir vəzifələrində çalışıb, “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasında müxbir, redaktor, aparıcı, layihə rəhbəri vəzifələrini icra edib.



Xəbər xətti

2 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin