BANM kibertəhlükəsizlik yarışında qalib oldu - FOTO

10:11 - 2 Oktyabr 2024

BANM kibertəhlükəsizlik yarışında qalib oldu - FOTO

Bakı Ali Neft Məktəbinin komandası ‘‘CTF – Capture the Flag’’ kibertəhlükəsizlik müsabiqəsində I yeri tutub.

 

Manset.az xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilən ICSD (Beynəlxalq Kibertəhlükəsizlik Günləri) tədbiri çərçivəsində təşkil olunmuş müsabiqədə II yerin də qalibi BANM komandasıdır.

Birinci yer - “Boşver" komandası, BANM tələbələri  - Fərid Lalayev, Sahib Hümbətzadə, Səbuhi Hüseynov, ikinci yer - "BHOSPLOIT" komandası, BANM tələbələri - Oqtay Əhmədov, Rauf Dadaşzadə, Fuad Qurbanov olub.

1-ci yerin qalibinə 5000 AZN, 2-ci yerin qalibinə isə 3000 AZN mükafat verilib.


Xəbər xətti

2 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin