Fransa İrana qarşı hərbi resurslarını səfərbər etdi

09:46 - 2 Oktyabr 2024

Fransa İrana qarşı hərbi resurslarını səfərbər etdi

Fransa Prezidenti Emmanuel Makron İranın İsrailə hücumunu pisləyib və ABŞ-nin maraqlarını qorumaq üçün Tehranla qarşıdurmaya hazır olduğunu bəyan edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

"Biz ABŞ ordusunu və maraqlarını İrandan və İran tərəfindən dəstəklənən terrorçulardan qorumaq üçün bütün lazımi tədbirləri görməkdən çəkinməyəcəyik”, -Yelisey sarayının yaydığı bəyanatda bildirilib.

 Makron əlavə edib ki, Fransa Tehrana qarşı mübarizə aparmaq üçün Yaxın Şərqdəki hərbi resurslarını səfərbər edib.

O qeyd edib ki, Paris İranın aqressiv davranışını dayandırmaq və onu məsuliyyətə cəlb etmək üçün müttəfiqləri və tərəfdaşları ilə işləməyə davam edəcək.

Eyni zamanda, o, İsraildən hərbi əməliyyatlarını mümkün qədər tez dayandırmağı xahiş edərək, Fransanın tezliklə Livan xalqına və onların institutlarına dəstək konfransı təşkil edəcəyini bildirib.

 

Fidan Əliyeva

Manşet.az

 


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin