İran Xarici İşlər Nazirliyindən İsrailə hücumla bağlı AÇIQLAMA

09:14 - 2 Oktyabr 2024

İran Xarici İşlər Nazirliyindən İsrailə hücumla bağlı AÇIQLAMA

"İranın İsrailə raket hücumu özünümüdafiə aktıdır və bu, BMT Nizamnaməsinin normalarına tam uyğundur".

 

Manset.az xəbər verir ki, bu fikirləri İranın xarici işlər naziri Abbas Araqçi səsləndirib.

“İran yalnız BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq qanuni müdafiə hüququndan istifadə edib və müstəsna olaraq hərbi bazaları və təhlükəsizlik obyektlərini hədəfə alıb", - nazir bildirib.

Araqçi vurğulayıb ki, İran Fələstinin Həmas təşkilatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə qarşı “İsrail terror aktı” və “təhrik ” fonunda iki ay ərzində təmkin nümayiş etdirib.

Qeyd edək ki, bundan öncə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirmişdi ki, İsrail İranın raket zərbəsinə cavab vermək qərarına gəlsə, daha güclü hücumlarla üzləşəcək:

"Təl-Əviv Tehranın hərəkətlərinə reaksiya verərsə , dağıdıcı hücumlarla üzləşəcək", - SEPAH xəbərdarlıq edib.

 

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin