İsrailin Baş Qərargah rəisi generallarla təcili görüş keçirdi

00:25 - 2 Oktyabr 2024

İsrailin Baş Qərargah rəisi generallarla təcili görüş keçirdi

İsrailin Baş Qərargah rəisi Herzi Halevi İranın raket hücumu fonunda ölkənin Müdafiə Qüvvələrinin generalları ilə təcili görüş keçirib.

Manset.az xəbər verir ki, bu barədə Qərargahın mətbuat xidməti məlumat yayıb.

“Baş Qərargah rəisi “Kiriya” kompleksindəki vəziyyəti qiymətləndirmək üçün müşavirə keçirib”, - deyə mətbuat xidməti bildirib.

Qeyd edək ki, “Kiriya” İsrail Müdafiə Nazirliyinin ordu və təhlükəsizlik qüvvələrinin rəhbərliyinin yerləşdiyi binalar kompleksidir.


Xəbər xətti

2 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin