Mbappenin durumu nə yerdədir? - Ançelotti açıqladı

22:57 - 1 Oktyabr 2024

Mbappenin durumu nə yerdədir? - Ançelotti açıqladı

“Real”ın baş məşqçisi Karlo Ançelotti hücumçusu Killian Mbappenin bərpası haqda danışıb.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, deyib: “Mbappe keyfiyyətlə və tez bərpa oldu. Dünən individual şəkildə məşq etdi. Killian çox məşq buraxmayıb, ona görə formasını itirməyib. Bu gün Mbappe bizimlə məşq edəcək və biz onun durumunu qiymətləndirəcəyik. İstədiyimiz son şey onunla risk etməyimizdir”.

Qeyd edək ki, Killian Mbappe bu mövsüm “Real”ın heyətində 9 oyuna çıxaraq 7 qol vurub və 1 qolun ötürməsini edib. 25 yaşlı fransalı futbolçuda sentyabrın sonunda sol ayağın biseps əzələsinin zədələnməsi aşkarlanıb.


Xəbər xətti

2 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin