Azərbaycanda minimum pensiya ARTIRILIR
18 Noyabr 2024
13:55 - 7 Noyabr 2021
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası İkinci Qarabağ müharibəsi dövründə ön cəbhədə, əsgərlərimizin yanında olan ilk təhsil müəssisələrindən biridir. Müharibə dövründə Akademiya nümayəndələri komanda olaraq, on qrupa bölünərək cəbhə bölgələrinə yollanıb, əsgərlərə böyük ruh yüksəkliyi və mənəvi dəstək olublar.
Manset.az xəbər verir ki, 44 günlük müharibə bitdikdən sonra Akademiya qazi tələbələri, şəhid ailələrini daim diqqət mərkəzində saxlayıb.
Akademiya əməkdaşları Şamaxı, Bərdə, Ağdam, Biləsuvar və digər bölgələrə gedib, şəhid məzunların məzarları, yas mərasimlərini ziyarət ediblər.
Bu günlər Akademiya Zəfər günü ilə əlaqədar bir sıra tədbirlər keçirir. Noyabrın 4-də ADBTİA Həmkarlar İttifaqı Komitəsi şəhid ailələri və müharibədə övladları iştirak etmiş əməkdaşlarına bayram sovqatları təqdim edib. Bundan başqa, Akademiya noyabrın 4-də 14 nəfərə şəxsə pul mükafatı və qiymətli hədiyyələr təqdim edilib.
Ön cəbhədə döyüşən Akademiya əməkdaşları kimi arxa cəbhədə də digər əməkdaşlar öz fəaliiyətini davam etdiriblər.
Akademiya Vətən uğrunda döyüşənlərə və Vətən uğrunda şəhid olmuş məzunların ailələrinə göstərdiyi diqqət və qayğını həmişə davam etdirəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin