Xəbər verdiyimiz kimi, İran İsrailin Livandakı Tehranın Hizbullah müttəfiqlərinə qarşı kampaniyasına cavab olaraq çərşənbə axşamı İsrailə ballistik raket zərbələri endirib.
Manset.az bu barədə Reuters-ə istinadən xəbər verir.
Bütün İsraildə həyəcan təbili çalınıb. Yerusəlimdə və İordan çayı vadisində partlayış səsləri eşidilib. Dövlət televiziyasının müxbirləri canlı yayımlar zamanı yerə uzanıblar.
İran İnqilab Keşikçiləri İranın İsrailə onlarla raket atdığını və İsrailin cavab verəcəyi təqdirdə Tehranın cavabının “daha sarsıdıcı və dağıdıcı” olacağını bildirib.
İranın yüksək rütbəli rəsmisi daha sonra Reuters agentliyinə bildirib ki, İsrailə raketlərin buraxılması əmrini ölkənin ali dini lideri Ayətullah Əli Xamenei verib. "Xamenei təhlükəsiz yerdə qalır", - yüksək rütbəli məmur əlavə edib.
İsrail ordusu İranın hücumundan sonra İsrailin hava məkanının bağlandığını bildirib.
Manşet.az