Lavrov Polad Bülbüloğlunun şərəfinə nahar ziyafəti verdi

21:28 - 1 Oktyabr 2024

Lavrov Polad Bülbüloğlunun şərəfinə nahar ziyafəti verdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlunun missiyasının başa çatması münasibətilə nahar ziyafəti verib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, qəbuldan əvvəl Rusiya xarici işlər naziri azərbaycanlı diplomata Aleksandr Nevski ordenini təqdim edib.

Mərasimdə bir sıra ölkələrin səfirləri, Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin, Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev, MDB-nin baş katibi Sergey Lebedev və digər yüksək vəzifəli məmurlar iştirak ediblər.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycanın Rusiyadakı keçmiş səfiri Polad Bülbüloğlunu "Aleksandr Nevski" ordeni ilə təltif edib.


Xəbər xətti

30 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin