Veteranların müavinətləri bu qədər artırılsın - Təklif verildi
27 Noyabr 2024
20:42 - 1 Oktyabr 2024
BMT Baş katibi Antonio Quterreş Livandakı münaqişənin eskalasiyasından narahatdır və tərəfləri təcili atəşkəsə çağırıb.
Manset.az xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarriçin bəyanatında deyilir. Bildirilib ki, nəyin bahasına-olursa olsun Livanda genişmiqyaslı müharibədən çəkinmək lazımdır. S.Dujarriç bildirib ki, Antonio Quterreş Livanın Baş naziri Nacib Mikati ilə telefonla danışıb və BMT-nin Livandakı sistemi ölkə daxilində kömək etmək üçün səfərbər edilib.
“Baş katib təmasları davam etdirəcək və onun ərazidəki nümayəndələri vəziyyətin deeskalasiyası üçün səylərini davam etdirəcəklər”,- deyə bəyanatda bildirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin