Azərbaycandan Fars körfəzinə dəmir yolunun çəkilişi müzakirə edilir
17 Noyabr 2024
21:48 - 7 Noyabr 2021
Türkiyənin Bursa şəhərində 8 Noyabr - Zəfər günü münasibətilə "Mən Qarabağam" adlı Zəfər Konserti baş tutub.
Bu barədə Manset.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bursa Uludağ Üniversiteti Azərbaycan Mədəniyyət və İncəsənət Birliyinin təşkilatçılığı, Bursa Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun dəstəyi ilə baş tutan tədbirdə əvvəlcə canını Vətən üçün fəda etmiş şəhidlərin əziz xatirəsi yad edilib, daha sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Konsertdə açılış nitqi ilə Bursa Azərbaycan Mədəniyyət və İncəsənət Birliyinin sədri Lətifə Nağdalıyeva çıxış edib, Azərbaycanla Türkiyənin münasibətlərinin günü-gündən daha da möhkəmləndiyini bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin