Sabah Bakının bu rayonunda qaz olmayacaq

17:45 - 1 Oktyabr 2024

Sabah Bakının bu rayonunda qaz olmayacaq

Sabah Bakının Xəzər rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.


Bu barədə Manset.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilir ki, Xəzər rayonu, Qala qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə oktyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması, işlər tamamlandıqdan sonra qaz təchizatının bərpası nəzərdə tutulur.

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Stansiya Qala yaşayış massivinin təchizatında müvəqqəti fasilə yaranacaq.


Xəbər xətti

1 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin