Nazirlikdə yeni təyinat - FOTO

12:49 - 1 Oktyabr 2024

Nazirlikdə yeni təyinat - FOTO

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük Təchizat” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən vəzifəyə Elgün Məhəmmədəlizadə təyin edilib.

E.Məhəmmədəlizadə təyinatdan əvvəl “Aqrar Tədarük Təchizat ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, o, bakalavr və magistr təhsilini BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində “İqtisadi kibernetika” ixtisası üzrə alıb. Almaniyanın Hamburq şəhərində Menecerlərin təkmilləşdirilməsi proqramını bitirib.

Təchizat zənciri, tədarük sahəsində 15 ildən yuxarı iş təcrübəsinə malikdir.



Xəbər xətti

1 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin