Everesti hündürlüyü hər il artır

10:21 - 1 Oktyabr 2024

Everesti hündürlüyü hər il artır

İngiltərədə "University College London"un mütəxəssisləri 8849 metr hündürlükdə olan Everestin hündürlüyünün necə artdığını öyrənmək üçün müxtəlif modellərdən istifadə edərək Himalay dağlarında illər ərzində çayların təkamülünü araşdırıblar.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Tədqiqatçılar təqribən 89 min il əvvəl Everest yaxınlığında yerləşən Arun çayının Kosi çayı ilə birləşməsinin bölgədə eroziyanı artırdığını müəyyən ediblər.

Məlumata görə, bu birləşmənin böyük miqdarda qaya və torpağı aşındırdığı üçün eroziyadan sonra yer qabığının altından gələn təzyiqin Everestin hündürlüyünün artmasına səbəb olur.

Onlar bildirib ki, Everest dağı son 89 min ildə çayın yaratdığı eroziya səbəbiylə 15-50 metr uzanıb və hər il təxminən 2 millimetr uzanmağa davam edəcək.

Xatırladaq ki, Everest  planetimizin ən yüksək dağ zirvəsidir.

 


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin