Baş prokurordan aylardır tapılmayan Rasimlə bağlı - AÇIQLAMA

09:38 - 1 Oktyabr 2024

Baş prokurordan aylardır tapılmayan Rasimlə bağlı - AÇIQLAMA

“Rasimin tapılması ilə bağlı təəssüf ki, bu gün üçün nəticə yoxdur. Amma bütün aidiyyəti qurumlar bu işə cəlb edilib”.

 

Manset.az xəbər verir ki, Baş prokuror Kamran Əliyev  9 ay əvvəl İmişlidə itkin düşmüş 11 yaşlı Rasim Xankişiyevin axtarışı ilə bağlı danışarkən deyib.

“Mən Rasimin ailəsini dəfələrlə qəbul etmişəm. Onların da narahatlığını başa düşürəm. İş üzrə cinayət işi başlanıb, istintaq gedir. Biz əlimizdən gələni edəcəyik ki, müsbət nəticələr olsun”

Xatırladaq ki, 11 yaşlı Rasim Xankişiyev 2023-cü ilin dekabrında itkin düşüb. Onun İmişlidə Boztəpə kanalında batması ehtimal olunur.

Hadisə ilə bağlı əvvəl İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Sonradan baş prokuror Kamran Əliyevin tapşırığı ilə cinayət işinin icraatı rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Ötən ay baş prokuror R.Xankişiyevin nənəsini qəbul edib.



Xəbər xətti

1 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin