"Barselona" onunla 3 illik yeni müqavilə imzaladı

23:27 - 30 Sentyabr 2024

"Barselona" gənc futbolçu Mark Bernalla müqaviləni təzələyib.

 

Manset.az İdman.biz-ə istinadən xəbər verir ki, yeni razılaşma 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

17 yaşlı yarımmüdafiəçinin hazırki müqaviləsi 2026-cı ilin yayında bitəcəkdi. Markın sərbəst qalma məbləği 500 milyon avro olacaq.

Qeyd edək ki, Bernal bir neçə tur əvvəl ağır zədə alıb və onun mövsümün sonuna kimi meydana çıxmayacağı dəqiqləşib.


Xəbər xətti

1 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin