Aİ ölkələri BMT TŞ-nin təcili iclasını çağırır

23:10 - 30 Sentyabr 2024

Aİ ölkələri BMT TŞ-nin təcili iclasını çağırır

Avropa Birliyinə üzv ölkələr BMT Təhlükəsizlik Şurasının Livandakı vəziyyətlə əlaqədar iclasının təcili çağırılmasını tələb edirlər.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə AB-nin baş diplomatı Jozep Borrell danışıb.

"Üzv ölkələr də BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırır və biz atəşkəsə nail olmaq üçün bütün diplomatik səyləri göstərəcəyik", - o deyib.

Borrellin sözlərinə görə, xarici işlər nazirləri Livandakı vəziyyətdən həddindən artıq narahat olduqlarını bildiriblər və hər hansı müdaxilənin vəziyyəti kökündən pisləşdirəcəyini vurğulayıblar:

“İstənilən hərbi müdaxilə vəziyyəti kəskin şəkildə pisləşdirəcək və bunun qarşısını almaq lazımdır”.


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin