Sabah bu rayonlarda qaz olmayacaq - XƏBƏRDARLIQ

21:04 - 30 Sentyabr 2024

Sabah bu rayonlarda qaz olmayacaq - XƏBƏRDARLIQ

Sabunçu və Qaradağ rayonları ərazisində yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə birləşdirilməsi, Suraxanı rayonu ərazisində siyirtmənin quraşdırılması, Xəzər rayonunda qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 01.10.2024-cü il saat 10:00-dan etibarən qaz  təchizatının dayandırılması planlaşdırılır.

 

Manset.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən bildirilib.

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Sea Breeze ərazisinin və Ləhiş bağlarının, Qaradağ rayonu üzrə Ümid qəsəbəsinin, Suraxanı rayonu üzrə S.Əliyev küçəsinin və “A” yaşayış massivinin, Xəzər rayonu üzrə isə Binə qəsəbəsinin Bakavtomat ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Xəbər xətti

1 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin