Bu avtobusun nömrəsi sabahdan dəyişəcək

20:07 - 30 Sentyabr 2024

Bu avtobusun nömrəsi sabahdan dəyişəcək

Sabahdan Azərbaycan paytaxtında 60 nömrəli müntəzəm marşrut xətti “BakuBus” MMC-nin istismarında olacaq.

 

Manset.az xəbər verir ki, bu barədə Qafqazinfo-ya şirkətdən məlumat verilib.

Xatırladaq ki, sözügedən marşrut xətti Bakının Xətai rayonunun Polad Həşimov küçəsi ilə metronun “Koroğu” stansiyasını birləşdirir.

Bundan başqa, sabahdan “Koroğlu” metrostansiyası ilə Sabunçu rayonunun Bilgəh qəsəbəsini birləşdirən 171 nömrəli müntəzəm marşrut xətti dəyişdirilərək 150 nömrəli marşrut xətti kimi “BakuBus”un istismarında olacaq.


Xəbər xətti

1 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin