Məşhur müğənni pərəstişkarlarından üzr istədi

17:22 - 30 Sentyabr 2024

Məşhur müğənni pərəstişkarlarından üzr istədi

Superstar ləqəbli Ajda Pekkan dünən axşam Efes Antik Teatrında saat 21.00-da başlamalı olan konsertinə təxminən bir saat gecikib.

 

Manset.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Tamaşaçılar Pekkanı uzun müddət gözlədikdən sonra ona sərt reaksiya verib və sosial media hesablarında müğənnini tənqid ediblər. Hətta bəzi tamaşaçılar bu səbəbdən konsert meydanını tərk edib.

Ajda Pekkan səhnəyə gec gəldiyi üçün tamaşaçılardan üzr istəyib:

"Dəyərli alqışlarınız üçün çox, çox, çox sağ olun. Hər birinizdən üzr istəyirəm. And içirəm, bu axşam nələr keçirdiyimi bilsəydiniz... Mən bu günü heç vaxt belə təsəvvür etməmişdim. Sadəcə uzaqdan gəlmək çox çətindir. Bir daha məni gözlədiyiniz üçün hər birinizdən çox üzr istəyirəm". 

Ajda Pekkan pərəstişkarlarından üzr istəyib


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin