COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
14:55 - 30 Sentyabr 2024
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2-8 oktyabr 2024-ci ildə Bakı Ekspo Mərkəzində 10-cu Bakı Beynəlxalq kitab sərgisi keçiriləcək.
Manset.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova konfrans barədə mətbuat nümayəndələrinə məlumat verib. Qeyd olunub ki, tədbir Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuşdur.
Bu, regionun ən böyük kitab festivalıdır.
Sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edəcək.
İştirak edəcək ölkələrin arasında Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili və Monqolustan var.
Sərginin fəxri yazarları Salam Sarvan və Rövşən Abdullaoğludur.
Sərginin fəxri qonaqları isə dünya şöhrətli irland yazar Con Boyn, alman yazar Vulf Dorn və Azərbaycan əsilli Fəriba Vəfi olacaqdır. Konfransda çıxış edən Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli qeyd edib ki, Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan sərgidə iştirak edəcək xarici nəşriyyat və təşkilatlar arasında “The Replika Publishing and Printing”, “Çikolata Yayınları”, “Kayıhan Yayıncılık”, “Phoenix Publishing & Media Group”, “East China Normal University Press Itd.”, “Phoenix Fine Arts Publishing Ltd.”, “Veritas and Mercurius Publishing Itd.”, “UMBUM” və digərlərinin adları var.
Sərginin fəxri yazarı Rövşən Abdullaoğlu bu cür sərgilərin əhəmiyyətindən söhbət açıb. O qeyd edib ki, yerli qələm adamlarının karyerası üçün kitab sərgisinin geniş işıqlandırılması və aktivlik vacib məqamlardan biridir.
“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu ölkədəki kitab sənayesinin mövzud vəziyyəti barədə fikirlərini bölüşüb. O, kitabın, mütaliənin bir cəmiyyət üçün nə dərəcədə zəruri olduğunu qeyd edib, bildirib ki, hamılıqla Azərbaycanda kitaba həvəsi artırmaq lazımdır və kitaba sərgisinin təşkili bu istiqamətdə atılan uğurlu addımdır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin