Sürücülük imtahanından kəsilən qadının əri müəllimin burnunu sındırdı - FOTO

10:57 - 30 Sentyabr 2024

Sürücülük imtahanından kəsilən qadının əri müəllimin burnunu sındırdı - FOTO

Adanada qəzəbli ər arvadının sürücülük imtahanından kəsilməsinə görə növbətçi müəllimi döyüb.

 

Manset.az türk mətbuatına istinadla xəbər verir ki, Adananın Kazım Karabəkir rayonunda Mustafa Kamal Paşa Bulvarında sürücülük vəsiqəsi imtahanında iştirak edən Esma V yazılı imtahandan sonrakı mərhələyə gəlib.

Esma V səhv edərək imtahandan kəsilib.

Həyat yoldaşının 4-cü dəfə sürücülük imtahanından keçə bilməməsinə əsəbiləşən V Murat mübahisədən sonra müəllim Baddal A-nı vurub.

Burnu qırılan və xəstəxanada müalicə olunduqdan sonra evə buraxılan Baddal A-nın şikayəti əsasında polis şübhəli şəxsi saxlayıb və Akıncılar Polis Bölməsinə aparıb.



Xəbər xətti

1 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin