Bayden bu ölkəyə 567 milyon dollar ayırdı

09:26 - 30 Sentyabr 2024

Bayden bu ölkəyə 567 milyon dollar ayırdı

ABŞ Prezidenti Co Bayden Tayvana 567 milyon dollar yardım vəsaiti ayırıb.

 

Manset.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat verib. 

“Amerika Birləşmiş Ştatlarının Konstitusiyası və qanunları ilə Prezident kimi mənə verilmiş səlahiyyətə əsasən, Mən Tayvana hərbi və təhsil sahəsində kömək məqsədilə 567 milyon dollara qədər vəsaitin ayrılmasına icazə verirəm”, - deyə Bayden administrasiyasının açıqlamasında bildirib.

Xatırladaq ki, Tayvan məsələsi 1949-cu ildə Çin Xalq Respublikası elan edildikdə və Çin Kuomintang partiyasının bir hissəsi Tayvan adasında məskunlaşdıqda, adanı Tayvandakı Çin Respublikası adlandırdıqda ortaya çıxmışdı.


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin