Almaniya prezidenti İtaliyadan üzr istədi

08:49 - 30 Sentyabr 2024

Almaniya prezidenti İtaliyadan üzr istədi

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer sentyabrın 26-29-da ölkəsində rəsmi səfərdə olan italiyalı həmkarı Sercio Mattarella ilə "Marzabotto" qətliamının 80-ci ildönümü mərasimlərində iştirak edib

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. 

Hər iki prezident Marzabotto şəhərindəki Monte Sole ərazisində qətlə yetirilənlərin xatirəsinə ucaldılmış abidənin önünə birlikdə gül qoyublar.

Ştaynmayer mərasimdəki çıxışında bildirib:

"80 il əvvəl Monte Soledə baş verənləri təsvir etməyə heç bir söz, heç bir əməl kifayət etməz. Burada nə qədər qəddarlıq, nə qədər ağrı var.. Almaniya prezidenti olaraq yalnız ağrı və utanc hissi keçirirəm. Ölənlərin qarşısında baş əyirəm. Bu gün ölkəm adından sizdən keçmişdə baş verən bu hadisəyə görə üzr istəyirəm”.


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin