"Ukraynada baş versəydi, hər bir xəbər kanalında göstərilərdi"

08:40 - 30 Sentyabr 2024

Amerikalı siyasətçi, ABŞ Konqresinin aşağı palatasına namizəd Lavern Spayser bildirib ki, ABŞ Prezidenti Co Baydenin administrasiyası Qərb mediası tüğyan edən "Helen" qasırğası ilə əlaqədar ölkənin cənub-şərqində yaranmış ağır vəziyyətlə maraqlanmır

 

Manset.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb .

Onun sözlərinə görə, Ağ Ev Ukraynadakı vəziyyəti müzakirə etməklə daha çox məşğuldur .

“Qasırğaya görə bu insanların həyatı tamamilə məhv edilib. Kamala Harris və Bayden haradadır? İndi bu, Ukraynada baş versəydi, hər bir xəbər kanalında göstərilərdi”, - siyasətçi bildirib.

Qeyd edək ki, bundan öncə amerikalı jurnalist və siyasi fəal Çarli Kirk Birləşmiş Ştatlar hökumətini Ukraynaya növbəti hərbi dəstəyə deyil, güclü "Helen" qasırğasından zərər çəkənlərə kömək üçün pul xərcləməyə çağırmışdı.


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin