DİN mobil tətbiqlərlə bağlı əhaliyə müraciət etdi

21:40 - 29 Sentyabr 2024

DİN mobil tətbiqlərlə bağlı əhaliyə müraciət etdi

Daxili İşlər Nazirliyi mobil tətbiqlərlə bağlı əhaliyə müraciət edib.

 

Bu barədə Manset.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir.

“Cihazınıza yüklədiyiniz tətbiqlərlə əlaqəli təhlükəsizlik tədbirlərinə laqeyd yanaşmayın. Şəxsi və bank kartı məlumatlarınızın güvənliliyini qorumaq üçün bu çox vacibdir”, - deyə DİN-dən bildirilib.

Qeyd edilir ki, tətbiqləri yükləyərkən nələrə diqqət etməlisiniz?

- Qeyri-rəsmi mənbələrdən tətbiqləri yükləməyin və cihazınızın parametrlərində qeyri-rəsmi (məlum olmayan) mənbələrdən quraşdırılmalara icazələri qeyri-aktiv edin;

- Yalnız rəsmi tətbiqlərdən istifadə edin və onları yalnız rəsmi mağazalardan (Google Play, App Store) yükləyin;

- Quraşdırdığınız tətbiqlərə və verdiyiniz icazələrə diqqət yetirin;

- Tətbiqin etibarlılığını araşdırın. Yalnız tətbiqə tam etibar etdiyiniz halda onu quraşdırın.


Xəbər xətti

30 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin