Sumqayıtda partlayış baş verdi - YENİLƏNİB

21:20 - 29 Sentyabr 2024

Sumqayıtda partlayış baş verdi - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 15-ci məhəllə, R.Qəhrəmanov küçəsində yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Manset.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar olaraq FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 8 m² olan mətbəxin yanar konstruksiyaları yanıb.

Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb, yataqxana binası yanğından mühafizə olunub.

20:34

Sumqayıt şəhərində yanğınla nəticələnən partlayış baş verib.

Manset.az xəbər  verir ki, hadisə şəhərin 15-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Sakinlər binadan təxliyə edilib. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisəyə ilkin səbəb kimi qaz balonun partlaması göstərilir. Araşdırma aparılır.


Xəbər xətti

29 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin