Cəbrayıl şəhərinə növbəti köç olacaq

20:01 - 29 Sentyabr 2024

Cəbrayıl şəhərinə növbəti köç olacaq

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə növbəti köç karvanlarından biri 28-29 oktyabr aralığında baş tutacaq .

 

Manset.az xəbər verir ki, bu barədə Cəbrayıl rayon İcra Hakimiyyətindən APA-nın cənub bürosuna verilən məlumatda deyilir.

Biləsuvar ərazisində yerləşən və əsasən cəbrayıllı vətəndaşlarımızın məskunlaşdığı qaçqın şəhərciyindən təxminən 10 ailənin də doğma yurda qayıdışı təmin ediləcək.

Qeyd edək ki, bir neçə gün əvvəl respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdən ibarət ilk köç karvanı Cəbrayıl şəhərinə 36 ailənin köçürülməsi həyata keçirilib. Onlardan 10 ailə isə məhz qaçqın düşərgəsində uzun illərdir yaşayan sakinlər olub.


Xəbər xətti

30 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin