Rusiya Ukraynanın itkilərini açıqladı

16:15 - 29 Sentyabr 2024

Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 949-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 646 təyyarəsi, 283 helikopteri, 32 503 PUA-sı, 579 zenit-raket kompleksi, 18 454 tank və digər zirehli texnikası, 1 469 reaktiv yaylım atəş sistemi, 15 370 artilleriya və minaatanı, 26 695 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.


Xəbər xətti

29 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin