Bakıda 4 avtomobil toqquşudu - Xəsarət alan var (FOTO)

10:55 - 29 Sentyabr 2024

Bakıda 4 avtomobil toqquşudu - Xəsarət alan var (FOTO)

Bakının Nəsimi rayonunda yolların kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, qəza Ağadadaş Qurbanov və Nəcəf bəy Vəzirov küçələrinin kəsişməsində baş verib.

Belə ki, xanım sürücü idarə etdiyi “Nissan” markalı avtomobillə yol kəsişməsindən keçərkən “Toyota” , “BYD” və “Mercedes” markalı avtomobillərə çırpılıb.

Qəza nəticəsində “Toyota” markalı avtomobillə taksi fəaliyyəti göstərən Tofiq Mürsəlov müxtəlif bədən xəsarətləri alıb. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Qəzanın günahkarı ekspertlər tərəfindən müşahidə kameralarının lentə aldığı görüntülərə baxıldıqdan sonra bilinəcək.

Bakıda 4 avtomobil toqquşub, taksi sürücüsü xəsarət alıb - FOTO

Bakıda 4 avtomobil toqquşub, taksi sürücüsü xəsarət alıb - FOTO


Xəbər xətti

29 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin