Millimizin üzvləri Türkiyədə üz-üzə gəldilər

21:11 - 28 Sentyabr 2024

Millimizin üzvləri Türkiyədə üz-üzə gəldilər

Türkiyənin 1-ci liqasında 7-ci turun oyunları keçirilir

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu turda Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” yığmamızın digər üzvü Renat Dadaşovun çıxış etdiyi “Ankaragücü”nü qəbul edib.

Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydana start “11-lik”də çıxan Diniyev 76-cı dəqiqədə sarı vərəqə də, 83-cü dəqiqədə əvəzlənib.

Dadaşov isə matçın 59-cu dəqiqəsində meydana buraxılıb.


Xəbər xətti

28 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin