“Mançester Siti” səfərdə xal itirdi - Premyer liqa

18:04 - 28 Sentyabr 2024

“Mançester Siti” səfərdə xal itirdi - Premyer liqa

Futbol üzrə İngiltərə Premyer Liqasında VI tura start verilib.

 

Manset.az xəbər verir ki, turnir cədvəlinin lideri “Mançester Siti” səfərdə “Nyukasl”la qarşılaşıb. Görüş qollu heç-heçə ilə yekunlaşıb – 1:1.

Ev sahiblərinin heyətində Antoni Qordon, qonaqlarda isə Yoşko Qvardiol fərqləniblər.

Bu nəticədən sonra xallarını 14-ə çatdıran "şəhərlilər" 1-ci pillədə qərarlaşıb. "Nyukasl" isə 11 xalla 5-ci sıradadır.


Xəbər xətti

28 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin