Nəsrullahın öldürüldüyü təsdiqləndi

15:54 - 28 Sentyabr 2024

Nəsrullahın öldürüldüyü təsdiqləndi

"Hizbullah" Şeyx Həsən Nəsrullahın öldürüldüyünü rəsmən təsdiqləyib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Hizbullah" bəyanat yayıb.

Məlumatda, həmçinin bildirilib ki, "Hizbullah" İsraila qarşı mübarizəni davam etdirəcək.

Qeyd edək ki, əvvəl yayılmış məlumatlarda Həsən Nəsrullahın İsrailin dünən Livanın paytaxtı Beyrutu bombalaması nəticəsində öldürüldüyü bildirilmişdi.

Bombardmanda Nəsrullahın qızı Zeynəbin və "Hizbullah"ın daha bir neçə yüksək vəzifəli üzvünün öldürüldüyü də açıqlanmışdı.

Həsən Nəsrullah 1992-ci ildən "Hizbullah"a rəhbərlik edirdi.


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin