"Siyavuş Novruzov faktları təhrif edir": Mirşahindən sərt tənqid - VİDEO
28 Noyabr 2024
15:14 - 28 Sentyabr 2024
ABŞ-ın sabiq Prezidenti və Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp “Google” şirkətini məhkəməyə verəcəyini bildirib.
Manset.az xarici mediaya istinadla xəbər verir ki, Tramp bu şirkətin məlumat bazasında onun haqqında mənfi xarakterli məlumatlar yayıldığı, bunun əksinə, rəqibi – Demokratlar partiyasından namizəd Kamala Harris barədə müsbət materiallar yerləşdirildiyi iddiasını irəli sürüb.
Donald Tramp 2024-cü il seçkilərində qalib gələcəyi təqdirdə “Google” şirkətini mühakimə edəcəyi ilə hədələyib və texnologiya nəhəngini vitse-prezident Kamala Harrisin xeyrinə axtarış nəticələrini manipulyasiya etməkdə günahlandırıb. O, “Truth Social” şəbəkəsindəki paylaşımında şirkətin onun haqqında mənfi yazılara üstünlük verən qeyri-qanuni bir sistem qurduğunu iddia edib.
Konkret bir fakta istinad etməyən Tramp xəbərdarlıq edib ki, seçiləcəyi təqdirdə ABŞ Ədliyyə Departamentini seçkilərə “açıq-aşkar müdaxilə” edən “Google” şirkətini mühakimə etməyə çağıracaq.
ABŞ-ın sabiq Prezidentinin iddiasına görə, özünün seçki kampaniyası ilə bağlı veb-sayta keçid etməzdən əvvəl “Google”da “New York Times” və “Politico” kimi sol təmayüllü nəşrlərdə dərc olunmuş mənfi yazılar üzə çıxır.
“Google” Trampın ittihamlarını rədd edib. Anonim qalmaq istəyən şirkətin nümayəndəsi axtarış nəticələrinin internetdə mövcud olan və daim dəyişən məzmunu əks etdirdiyini, hər hansı bir namizədə üstünlük vermək üçün manipulyasiya edilmədiyini bildirib. O əlavə edib ki, Media Tədqiqat Mərkəzi müəyyən bir gündə konkret axtarış terminini yoxlayaraq qeyd edib ki, həm Tramp, həm də Harrisin kampaniya saytları ən yüksək səviyyədə təqdim olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin