Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının iclası keçirilir

13:13 - 28 Sentyabr 2024

Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının iclası keçirilir

177 ölkə üzrə 350 mindən artıq üzvü olan dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı - Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) hər ilin sentyabr ayında baş tutan İllik Konfransı və Ümumi Yığıncağı 29 sentyabr - 2 oktyabr tarixlərində paytaxt Bakı şəhərində keçiriləcək.

 

Baş Prokurorluqdan Manset.az-a verilən xəbərə görə, bu gün isə Assosiasiyanın rəhbər qurumu olan İcraiyyə Komitəsinin 58-ci iclası Heydər Əliyev Mərkəzində keçirilir.

İclasda açılış nitqi ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev çıxış edib.



Xəbər xətti

28 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin