Azərbaycan daha bir ölkə ilə vizanı LƏĞV ETDİ

10:30 - 28 Sentyabr 2024

Azərbaycan daha bir ölkə ilə vizanı LƏĞV ETDİ

Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatlar üçün viza tələbini ləğv edir.


Manset.az xəbər verir ki, bununla bağlı sentyabrın 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələri çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud ilə görüşündə razılıq əldə olunub.

Belə ki, nazirlər "Azərbaycan Respublikası hökuməti və Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında qısa müddətli səfər edən diplomatik və xüsusi və xidməti pasportlara malik olan şəxslərin qarşılıqlı giriş vizasından azad edilməsi haqqında" Anlaşma Memorandumu imzalayıblar.

Qeyd edək ki, bundan öncə “Azərbaycan Respublikası Hökuməti və İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Saziş imzalanıb.



Xəbər xətti

28 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin