Ziya Bünyadov prospektində məhdudiyyət aradan qaldırıldı

09:30 - 28 Sentyabr 2024

Ziya Bünyadov prospektində məhdudiyyət aradan qaldırıldı

Ziya Bünyadov prospektində yük avtomobilinin aşması səbəbindən hərəkətə qoyulan məhdudiyyət aradan qaldırılıb.

 

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında bitum daşıyan yük avtomobilinin aşması səbəbindən metronun "20 Yanvar" stansiyası istiqamətində avtomobillərin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.


Xəbər xətti

28 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin