Veteranların müavinətləri bu qədər artırılsın - Təklif verildi
28 Noyabr 2024
01:00 - 28 Sentyabr 2024
Avropa Komissiyası Türkiyə və Almaniyaya dönər kababının hazırlanma üsulunu aydınlaşdırmaq və hansı millətə aid olduğunu müəyyən etmək üçün 6 ay vaxt verib.
Manset.az Axar.az-a istinadən bildirir ki, bu barədə "Ekonomist" məlumat yayıb.
Məlumata görə, Türkiyə AB-yə müraciət edərək, yalnız toyuq, mal və ya quzu ətindən hazırlanmalı olan ənənəvi dönər reseptini qorumağı xahiş edib. Ankara dönər kababının hinduşka və dana ətindən hazırlanmasının əleyhinədir. Türk miqrantların sayəsində yeməyin məşhurlaşdığı Almaniyada dönər kələm və ya salat və sarımsaq sousu ilə verilir. Türkiyədə yemək tez-tez düyü ilə verilir və əlavə olaraq pendir, kartof qızartması, pomidor və acı bibər istifadə olunur. Türkiyə yemək standartlarının tanınmasına nail olarsa, Almaniya yeməyin adını dəyişməli olacaq. Əgər razılaşma əldə olunmasa, Avropa Komissiyası müstəqil qərar verəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin