Bakıda məşhur futbolçu qəzaya düşdü - FOTO
28 Sentyabr 2024
22:40 - 27 Sentyabr 2024
Son dərəcə təhlükəli kiber müdaxilə var. Vətəndaşların smartfonlarına daxil olaraq, bank hesablarından pulların çəkilməsi ilə bağlı şikayətlər artır.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İT mütəxəssisi Fərid Pərdəşünas deyib.
"Araşdırma və ilkin dəyərləndirmələrim göstərir ki, bu hücum növü ilə birbaşa smartfona müdaxilə olunur. Bu dələduzluq aktı deyil, kiber müdaxilədir. Smartfona quraşdırdığınız kənar tətbiqlər - "apk" faylları vasitəsilə bu müdaxilələrin olduğu ilkin ehtimaldır.
Vətəndaşlar ilkin olaraq telefonlarının söndüyünü, servisə aparıb, düzəltdikdən sonra isə bank hesablarında olan vəsaitlərinin hamısının çəkildiyindən şikayətlənirlər.
Qorunma üçün smartfonlarınıza kənar "apk" faylları yükləməkdən çəkinin", - mütəxəssis bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin