Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
21:04 - 27 Sentyabr 2024
Nyu-Yorkda Azərbaycanın COP29 Sədrliyinin təşkilatçılığı ilə ekspertlərdən, tanınmış şəxslərdən və keçmiş dövlət xadimlərindən ibarət Beynəlxalq Məşvərət Komitəsinin növbəti iclası keçirilib.
Manset.az xəbər verir ki, tədbirin məqsədi komitənin ötən ay keçirilmiş görüşündən bəri COP29 Sədrliyinin əldə etdiyi irəliləyişlər barədə üzvləri məlumatlandırmaqdır.
Tədbirdə açılış nitqi ilə çıxış edən COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev bildirib ki, COP29 komandası tərəfindən ambisiyaları artırmaq və fəaliyyətə təkan vermək planının həyata keçirilməsi istiqamətində mühüm addımlar atılıb. COP29 komandası BMT Baş Assambleyası və İqlim Həftəsi çərçivəsində Nyu-Yorkda 75-ə qədər tədbir və ikitərəfli görüşdə iştirak edib.
Muxtar Babayev həftə ərzində keçirilən tədbirlər, COP29-un irəli sürdüyü təşəbbüslər və bu təşəbbüslər ətrafında aparılan müzakirələr barədə məlumat verib. O, gələn ay Bakıda COP öncəsi (Pre-COP) iclasın keçiriləcəyini vurğulayaraq bu görüşün tərəflərin fikir mübadiləsi aparması və siyasi səviyyədə razılaşma əldə etməsi məqsədilə bir araya gəlmələri üçün imkan yaradacağını bildirib. O əlavə edib ki, sədrliyin prioritet məsələlərlə bağlı tərəfləri bir-birinə yaxınlaşdırmaq üçün COP29 komandası Beynəlxalq Məşvərət Komitəsinin dəstəyini bundan sonra da alacaq.
Daha sonra COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai və COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçısı Nərmin Carçalova Bakıda tədbirə hazırlıq işləri barədə məlumat verib və komitə üzvlərinin suallarını cavablandırıblar.
Beynəlxalq Məşvərət Komitəsinin üzvləri, o cümlədən tanınmış liderlər İsmail Serageldin, Jan Baderşneyder, Vayra Vike-Freyberqa, Mariya Fernanda Espinoza, Hindu Umaru İbrahim və Patrisia Espinoza COP29-a hazırlıq prosesində görülən işləri yüksək qiymətləndiriblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin