Beyləqanda maşın aşdı - Xəsarət alanlar var

20:14 - 27 Sentyabr 2024

Beyləqanda maşın aşdı - Xəsarət alanlar var

Beyləqan rayonunda minik avtomobilinin aşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı minik avtomobili idarə etmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə zamanı xəsarət alanlar - Adil Mustafayev, Cahid Mustafayev, Sevinc Mustafayeva, Zeynəb Musatayeva, Rəvan Məhərrəmov Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və onlara dərhal təcili təxirə salınmaz lazimi tibbi yardım göstərilib, səhhətlərinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

28 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin