"Bu baş verərsə, nüvə silahı ilə cavab veriləcək" - Lukaşenko

19:19 - 27 Sentyabr 2024

Belarus prezidenti Aleksandr Lukaşenko Belarusa qərb sərhədlərindən hücum edilən kimi nüvə silahından istifadə edəcəklərini bəyan edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Lukaşenko bu barədə Minskdə universitet tələbələri ilə görüşündə Belarus və Rusiyanı qorumaq üçün hansı hallarda nüvə silahından istifadə edə biləcəklərini izah edərkən deyib.

O, Belarusa hücumun Üçüncü Dünya Müharibəsini başlada biləcəyini əlavə edib.

Manşet.az


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin